Türkiyənin "Başakşəhər" klubu "Arsenal"ın yarımmüdafiəçisi Mesut Özillə maraqlanır. SİA-nın məlumatına görə, klubun prezidenti Göksel Humusdağ keçid üçün əllərindən gələni edəcəklərini deyib: “Özil əla futbolçudur. Ümid edirəm ki, nə vaxtsa onu klubumuzda görəcəyik. Əgər "Başakşəhər"ə keçmək istəsə sevinərik. Keçidin baş tutması üçün hər şeyə hazırıq”.
Qeyd edək ki, transerə Özilin yüksək məvacibi mane ola bilər. Futbolçu "Arsenal"da həftəsinə 350 min funt alır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB