FİFA referisi Elçin Məmmədov yeni təyinat alıb

FİFA referisi Elçin Məmmədov yeni təyinat alıb
Futzal üzrə FİFA referisi Elçin Məmmədov yeni təyinat alıb. SİA-nın xəbərinə görə, o, futzal üzrə Avropa çempionatının ilkin seçmə mərhələsinin 2011-ci il yanvarın 20-dən 26-dək Makedoniyada təşkil olunacaq C qrupunun oyunlarında iştirak edəcək. Bu qrupda Makedoniya, İngiltərə, Gürcüstan və Estoniya milli komandaları mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə