Vaqif Cavadov yenidən legioner həyatı yaşayacaq

Vaqif Cavadov yenidən legioner həyatı yaşayacaq

"Keşlə"dən ayrılan Vaqif Cavadova Premyer Liqanın digər klubları maraq göstərmir. SİA-nın məlumatına görə, 29 yaşlı futbolçu bu səbəbdən də ölkəni tərk etmək istəyir. Cavadov Türkiyə və Rusiyanın aşağı liqalarında çıxış edən klubların birində oynamaq fikrindədir. Əgər danışıqlar baş tutsa, millimizin sabiq üzvü legioner həyatı yaşayacaq.

Qeyd edək ki, Cavadov ötən ilin qış fasiləsində "Keşlə"yə 6 ay futbolsuz qaldıqdan sonra keçmişdi. Vaqif ölkə xaricində "Tvente", "Volqa", "Qaziantep BB" və "Boluspor" klublarında çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə