Xəzər İsayev: “Federasiyalar və klublarla məqsədyönlü işlər aparılır” - ÖZƏL
"2010-cu il Azərbaycan idmanı üçün uğurlu olub". Bu sözləri SİA-ya açıqlamasında Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Xəzər İsayev deyib. O, ili yüksək səviyyədə, şərəflə başa vurduqlarını bildirib: "Həm infrastruktur baxımından, həm də Azərbaycan idmançılarının beynəlxalq yarışlarda uğurlu çıxışları baxımından başa vurduğumuz il uğurlu oldu. İdmançılarımız ümumilikdə 675 medal qazandılar. Azərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana diqqət və qayğısı bu sahədə özünü hər il daha qabarıq şəkildə büruzə verir".
MOK-un vitse-prezidenti qeyd edib ki, 2011-ci il Azərbaycan idmançıları üçün daha məsuliyyətli il olacaq. O, bütün fikirlərin London Olimpiadasına yönəldiyini, gələn il olimpiadaya lisenziya xarakterli yarışların keçiriləcəyini vurğulayıb: "Bununla əlaqədar olaraq federasiyalar və klublarla məqsədyönlü işlər aparılır".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB