Fransalı futbolçu "zadəganların" hədəfində

Fransalı futbolçu "zadəganların" hədəfində

"Lion"un yarımmüdafiəçisi Nabil Fekir "Çelsi"nin maraq dairəsinə düşüb. Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, tanınmış futbol agenti Pini Zahavi artıq London klubunun adından fransalı futbolçunun nümayəndələri ilə ilkin danışıq aparıb. Hələlik görüşün təfərrüatları haqda tam məlumat verilmir.

Qeyd edək ki, Fekirin "Lion"la 2020-ci ilin yayına qədər müqaviləsi var. Fransa millisinin üzvünə "Barselona" və "Bavariya"nın da maraq göstərdiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə