Almeyda: "Mənim "Astana" ilə müqaviləm davam edir"

Almeyda: "Mənim "Astana" ilə müqaviləm davam edir"

"Astana"nın yarımmüdafiəçisi Riçard Almeyda qış fasiləsində "Qarabağ"a qayıdacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Braziliyalı futbolçu "Sports.kz" saytına açıqlamasında bu barədə heç nə bilmədiyini söyləyib. Hazırda vətəni Brailiyada olan 29 yaşlı futbolçu istirahət etdiyini deyib: "Bu barədə heç nə bilmirəm. Mənim "Astana" ilə müqaviləm davam edir. Mövsüm başa çatdığı üçün hazırda Braziliyada dincəlirəm".

Qeyd edək ki, 2012-2018-ci illərdə "Qarabağ"ın formasını geyinən Almeyda ötən mövsümün sonunda "Astana"ya keçib. Onun Qazaxıstan klubu ilə hələ 1,5 illik müqaviləsi var.

Bütün xəbərlər Facebook səhifəmizdə