"Pivəçilər" bu futbolçu üçün 35 milyon avro ödəyəcək!

"Pivəçilər" bu futbolçu üçün 35 milyon avro ödəyəcək!

Futbol üzrə Fransa millisinin və "Ştutqart" futbol klubunun müdafiəçisi Benjamin Pavar karyerasını "Bavariya"da davam etdirəcək. Almaniya mətbuatının yazdığına görə, 22 yaşlı futbolçu Münhen klubuna keçməyə razılıq verib. Transferin 2019-cu ilin yayında gerçəkləşəcəyi bildirilib. "Bavariya" gənc müdafiəçi üçün "Ştutqart"a 35 milyon avro ödəyəcək.

Qeyd edək ki, Pavar bu yay Fransa millisinin heyətində Rusiyada keçirilən mundialda dünya çempionu olub.

Bütün xəbərlər Facebook səhifəmizdə