Bu gün Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsın doğum günüdür. SİA-nın məlumatına görə, mütəxəssisin 64 yaşı tamam olur.
Həyatı
Əsl adı Hans-Hubert Vogts olan Berti Foqts, 30 dekabr 1946-cı il tarixində Almaniyanın Düsseldorf əyalətinin Büttgen şəhərində anadan olub. O, futbolçu karyerasına 1959-cu ildə, 13 yaşında olarkən, Büttgen şəhərinin eyni adlı uşaq futbol komandasında oynamaqla başlayıb.
B.Foqts peşəkar futbolçu karyerasında cəmi bir futbol klubunun şərəfini qorumasına baxmayaraq, böyük uğurlar əldə edib. 1965-ci ildə Münhenqladbax şəhərinin "Borussiya" klubunda sağ müdafiəçi mövqeyində oynamağa başlayan Foqst, klubun tərkibində 5 dəfə Almaniya çempionu, bir dəfə Almaniya kubokunun və iki dəfə UEFA kubokunun sahibi olub.
Nümayiş etdirdiyi gözəl oyun sayəsində "Teryer" ləqəbini alan B.Foqts 1979-cu ildə, 33 yaşında olarkən, peşəkar futbolçu karyerasını bitirib. Karyerası boyunca cəmi 419 oyun keçirən Foqst, bu oyunlarda 32 qol vurub. Avrokuboklarda bu göstərici 64 oyunda 8 qoldur.
Berti Foqst AFR-in gənclər yığmasının tərkibində 9, 23 yaşa qədər olan milli komandada 3 və ölkənin əsas yığmasının tərkibində 96 oyun keçirib. Foqts alman futbolunun tarixinə, milli komandanın tərkibində ən çox oyun keçirmiş futbolçulardan biri kimi daxil olub. 20 oyunda o, meydançaya "komandanın kapitanı" sarğısı ilə çıxıb. Karyerasının ən parlaq zirvəsi 1974-cü ildə Almaniya milli komandası dünya çempionu adını qazananda olub.
Məşqçi karyerası
Məşqçi karyerasına, 1979-cu ildə Almaniyanın milli gənclər komandasında başlayan Foqst, 1986-cı ildən etibarən əsas millidə baş məşqçinin köməkçisi, 1990-cı ildən etibarən isə Almaniya Milli futbol komandasının baş məşqçisi olub.
Onun başçılığı altında Almaniya millisi 1996-cı ildə İngiltərədə keçirilən Avropa çempionatının qalibi adını qazanıb. Lakin 1998-ci ildə, dünya çempionatının 1/4 finalında Xorvatiya millisinə böyük hesabla uduzuduqdan sonra, Berti Foqst millinin baş məşqçisi vəzifəsindən uzaqlaşdırılıb.
Daha sonralar Foqst Leverkuzenin "Bayer" klubunun, Küveyt, Şotlandiya, Nigeriya milli yığma komandalarının baş məşqçisi olub. Foqst 2008-ci ilin mart ayından Azərbaycan Milli Futbol Komandasının baş məşqçisidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB