Sərbəst güləş yığmamızı Saypulla Absaidov çalışdıracaq

Sərbəst güləş yığmamızı Saypulla Absaidov çalışdıracaq

Sərbəst güləş yığmamızın baş məşqçi vəzifəsində dəyişiklik edilib. Azərbaycan Güləş Federasiyasının saytında yer alan məlumata görə, millimizi Saypulla Absaidov çalışdıracaq. 2009-12 və 2015-16-cı illərdə də əsas komandanın baş məşqçisi funksiyasını yerinə yetirən Saypulla Absaidov son iki ildə gənclərdən ibarət yığmada böyük məşqçi kimi fəaliyyət göstərib.

Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyevin əmri ilə təcrübəli mütəxəssis yenidən böyüklərdən ibarət yığmanın baş məşqçisi təyin edilib.

Qeyd edək ki, millimizin sabiq çalışdırıcısı, təcrübəli mütəxəssis Firdovsi Umudov isə bundan sonra fəaliyyətini sərbəst güləş üzrə vitse-prezident kimi davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə