"Real"da ispaniyalı futbolçu sıradan çıxdı

"Real"da ispaniyalı futbolçu sıradan çıxdı

"Real" ciddi itki ilə üzləşib. "Marca" nəşri yazır ki, komandanın yarımmüdafiəçisi Marko Asensio sıradan çıxıb. Klublararası dünya çempionatının yarımfinal mərhələsində "Kaşima" ilə qarşılaşmada (3:1) zədələnən ispaniyalı futbolçu məcburi əvəzlənib. 22 yaşlı hücumameyilli oyunçunun ən azı 3 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb. Qeyd edək ki, Marko Asensio bu mövsüm Madrid klubunda 16 oyunda 1 qola imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə