"Yuventus" xorvatiyalı hücumçu ilə yeni müqavilə imzalayacaq

"Yuventus" xorvatiyalı hücumçu ilə yeni müqavilə imzalayacaq

"Yuventus" qışda Mario Mandzukiçlə yeni müqavilə imzalayacaq. Bu barədə "Tuttosport" nəşri xəbər yayıb. Xorvatiyalı hücumçu sözləşməsini 2022-ci ilə qədər uzatmaq istəyir. "Yuventus" isə 32 yaşlı futbolçu ilə 2021-ci ilə qədər müqavilə bağlamaq niyyətindədir. Qeyd edək ki, Mandzukiç 2015-ci ildə "Atletiko"dan Turin klubuna keçib. O, indiyədək "Yuventus"da meydana çıxdığı 147 oyunda 42 qol vurub

Bütün xəbərlər Facebook səhifəmizdə