"Milan" Ronaldinyonun transfer qiymətini açıqladı

"Milan" Ronaldinyonun transfer qiymətini açıqladı

İtaliyanın "Milan" klubu braziliyalı hücumçusu Ronaldinyoyla yollarını ayırmağa hazırdır. SİA-ın məlumatına görə, "Football Italia" nəşrinin xəbərində bildirilir ki, "Milan" bu mövsümün sonu müqaviləsi başa çatacaq futbolçuya 8 milyon avro qiymət qoyub.

Məlumatda deyilir ki, İtaliya klubu Ronaldinyoya azad agent statusu vermək niyyətində deyil və onu məhz bu məbləğə satmaq istəyir.

Qeyd edək ki, hazırda Ronaldinyonu öz heyətində daha çox Braziliyanın "Qremio" klubu görmək istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə