Voleybol üzrə ölkə çempionatının yeni mövsümü nə zaman başlayacaq?
Voleybol üzrə Azərbaycan çempionatının 2018-2019 mövsümü 22 dekabr tarixində start götürəcək. Azərbaycan Voleybol Federasiyasından (AVF) SİA-ya bildiriblər ki, Super Liqa yarışları 4 qadın (“Azərreyl”, “Lokomotiv”, “Abşeron”, AVF), Yüksək Liqa yarışları 4 kişi (“Lokomotiv”, U-19, MOİK, “Neftçi”) komandalarının iştirakı ilə keçiriləcək.
Dərnəgüldə yerləşən Voleybol Mərkəzində baş tutacaq görüşlərdə ilk olaraq meydançaya saat 12:30-da Neftçi - U-19, daha sonra isə saat 14:30-da “Azərreyl” - “Lokomotiv” komandaları çıxacaqlar.
Qeyd edək ki, çempionatda növbəti turun oyunları yanvar ayında keçiriləcək. Hər iki çempionatın qalibi 4 dövrədə keçirdiyi oyunların nəticəsinə görə müəyyən olunacaq.
2018-ci il dekabrın 23-də isə AVF kişi komandaları arasında I Liqa yarışlarına da start verəcək. Doqquz komandanın (U-16, “İqtisadçı”, “Sumqayıt”, Heydər Əliyev adına Hərbi Akademiya, “Azəri”, “Ekspress”, “Masallı”, “Taleh”, BDU) iştirak edəcəyi çempionatın ilk oyunları UNEC-in (Azərbaycan Dövlət İqtisad Universiteti) idman zalında keçiriləcək.
Qeyd edək ki, növbəti turun oyunları yanvar ayında baş tutacaq. I Liqa yarışlarında oyunlar iki dövrədən ibarət olmaqla dairəvi sistemdə keçiriləcək.
23.12.2018
11:00. U-16 - “İqtisadçı”
13:00. “Sumqayıt” - Hərbi AK
15:00. Masallı - “Taleh”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB