"Şaxtyor"un kapitanı "İnter"in maraq dairəsinə düşüb

"Şaxtyor"un kapitanı "İnter"in maraq dairəsinə düşüb

"Şaxtyor"un kapitanı Tayson karyerasını İtaliyada davam etdirə bilər. SİA-nın məlumatına görə, yarımmüdafiəçi "İnter"in maraq dairəsinə düşüb. Milan klubunun baş məşqçisi Luçano Spaletti 30 yaşlı braziliyalını komandasında görmək istəyir. Taysonun Ukrayna klubu ilə müqaviləsi 2021-ci ildə başa çatmalıdır. Transfer qiyməti 13 milyon avro həcmində dəyərləndirilir.

Futbolçu cari mövsüm 15 oyunda meydana çıxıb. O, aktivinə 2 qol, 8 qol ötürməsi yazdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə