Pepe "Vulverhempton"a transfer oluna bilər

Pepe "Vulverhempton"a transfer oluna bilər

"Beşiktaş"dan ayrılan Pepeyə bir neçə klub maraq göstərir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, portuqaliyalı müdafiəçi İngiltərə Premyer Liqa təmsilçisi "Vulverhempton"dan təklif alıb və buna müsbət yanaşır. 35 yaşlı futbolçunun bu klubda milli komanda yoldaşları - Rui Patrisiu, Ruben Neveş, Dioqu Yota və Joau Moutinyu çıxış edir. Üstəlik, baş məşqçinin Pepenin həmyerlisi Nunu Eşpiritu Santunun olmasıbu transferin reallaşacağına əsas verir. "A Bola" nəşrində yer alan xəbərə görə, "Vulverhempton"dan başqa "Monako", "Portu", "Flamneqo", Qətərdən "Əl-Qarafa" və Səudiyyə Ərəbəsitanı təmsilçisi "Əl İttihad" da təcrübəli müdafiəçiyə təklif göndərib.

Qeyd edək ki, Pepe bu mövsüm "Beşiktaş"da 17 oyun keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə