"Neftçi”nin futbolçusu Münhendə əməliyyat olunub

"Neftçi”nin futbolçusu Münhendə əməliyyat olunub

"Neftçi”nin futbolçusu Emin Mahmudov ikitərəfli qasıq yırtığı diaqnozu ilə əməliyyat olunub. Bu barədə klubun rəsmi saytı xəbər yayıb. Almaniyanın Münhen şəhərindəki "Munich Airport Clinic GmbH”də baş tutan əməliyyat uğurlu keçib.

Qeyd edək ki, həkimlərin rəyinə görə, Emin Mahmudov iki-üç həftə sonra fərdi məşqlərə başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə