"Yuventus" Aleks Sandro ilə yeni müqavilə imzalayıb

"Yuventus" Aleks Sandro ilə yeni müqavilə imzalayıb

"Yuventus" klubu, futbolçusu Aleks Sandro ilə yeni müqavilə imzalayıb.Turin klubunun saytında yer alan xəbərə görə, 27 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 2023-cü ilin yayına qədərdir. Qeyd edək ki, 2015-ci ildən Turin klubunda çıxış edən A.Sandro bu mövsüm A seriyasında 14 matçda iki qol ötürməsi verib.

Bütün xəbərlər Facebook səhifəmizdə