Slovakiya - Azərbaycan oyunu bu stadionda keçiriləcək

Slovakiya - Azərbaycan oyunu bu stadionda keçiriləcək

Millimizin AÇ-2020-nin seçmə mərhələsində Slovakiya ilə keçirəcəyi səfər oyununun yeri dəqiqləşib. Slovakiya mətbuatının yazdığına görə, qarşılaşma paytaxt Bratislavadakı Milli stadionda oynanılacaq. Oyun 2019-cu il noyabr ayınının 19-da olacaq. Matçın başlama saatı isə Bakı vaxtı ilə 23:45-dir.

Qeyd edək ki, millimiz seçmə mərhələdə Slovakiya, Xorvatiya, Uels və Macarıstanla birlikdə E qrupunda yer alır.

Bütün xəbərlər Facebook səhifəmizdə