"Barselona" bu futbolçuya görə "Valensiya" ilə razılığa gəlib

"Barselona" bu futbolçuya görə "Valensiya" ilə razılığa gəlib

"Barselona" bu qış heyətinə yeni müdafiəçi cəlb edəcək. "Mundo Deportivo" yazır ki, Kataloniya klubu Ceyson Murilyonun transferi üçün "Valensiya" ilə razılığa gəlib. 26 yaşlı futbolçu bu mövsümün sonuna kimi icarə əsasında "Barsa"da çıxış edəcək.

Müdafiəçilər Tomas Vermalen və Samuel Umtitinin zədələnməsi klubun bu mövqeyə yeni futbolçu almaq istəməsi ilə nəticələnib. Qeyd edək ki, C.Murilyo 2017-ci ildən "Valensiya"da oynayır.

Bütün xəbərlər Facebook səhifəmizdə