“Qəbələ” Azərbaycan kubokunun yarımfinalında!

“Qəbələ” Azərbaycan kubokunun yarımfinalında!

Futbol üzrə Azərbaycan kubokunun dörddəbir final mərhələsinin üçüncü görüşündə “Sabah” və “Qəbələ” klubları arasında cavab qarşılaşması keçirilib. “Əlincə Arena”da oynanılan görüşdə qəbələlilər minimal hesabla qalib gəliblər - 0:1. Oyunda yeganə qolu 80-ci dəqiqədə Ceyms Adeniyi vurub. “Qəbələ” komandası doğma meydandakı ilk görüşdə də 2:0 hesabı ilə qalib gəldiyindən iki oyunun nəticəsinə görə yarımfinala yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə