"Pivəçilər" bu futbolçunu 85 milyon avroya transfer edəcək

"Pivəçilər" bu futbolçunu 85 milyon avroya transfer edəcək

"Bavariya" tezliklə "Atletiko"nun futbolçusu Lukas Hernandesi transfer edəcək. "Marca" yazır ki, Münhen klubu 22 yaşlı müdafiəçinin təzminat qiyməti olan 85 milyon avro ödəyərək, onu heyətinə qatacaq. Almaniya təmsilçisi fransalı oyunçuya isə 4 illik müqavilə təklif edəcək. Qeyd edək ki, L.Hernandes bu mövsüm La Liqada 10 matçda iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə