Marko Rossi millimiz barədə danışdı

Marko Rossi millimiz barədə danışdı

AÇ-2020-nin seçmə mərhələsindəki rəqiblərimizdən Macarıstan yığmasının baş məşqçisi Marko Rossi eyni qrupda yer aldıqları rəqibləri dəyərləndirib. Macar mətbuatına açıqlama verən italiyalı mütəxəssis milli komandamız haqda da danışıb. O bildirib ki, Azərbaycan istənilən rəqibə xoşagəlməz sürpriz edə bilər:

"Beşinci səbətdən qrupumuza düşən Azərbaycan haqda da danışmaq istərdim. Adətən onlar zəif komanda hesab olunurlar. Amma istənilən rəqibə xoşagəlməz sürpriz edə bilərlər. Xüsusilə də bu yığmaya hörmət etməyən komandalara. Bir şeyə zəmanət verə bilərəm ki, biz həmin səhvi etməyəcəyik".

Qeyd edək ki, millimiz seçmə mərhələdə Macarıstanla yanaşı, Xorvatiya, Uels, və Slovakiya ilə birlikdə E qrupunda mübarizə aparacaq. Yığmamız macarlarla ilk oyunu gələn il iyunun 8-də Bakıda keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə