"Mançester Yunayted"in istefaya göndərdiyi Joze Mourinyo yenidən "Real"ı çalışdıra bilər. Xarici ölkə KİV-lərinin yaydığları xəbərə görə, Madrid klubu İngiltərə təmsilçisinə 5 milyon avro cərimə ödəməmək üçün iyulun 1-dən sonra portuqaliyalı mütəxəssislə müqavilə imzalamaq istəyir.
Bildirilir ki, əvvəlcə "Real" Mourinyoya bir mövsümə 15 milyon avro təklif edib. Amma sonra Madrid klubu maaşı 20 milyon avroya qədər yüksəldib. Bundan başqa, klub rəhbərliyi oyunçu transferi səlahiyyətini 55 yaşlı çalışdırıcıya verəcəyinə söz verib. Qeyd edək ki, Mourinyo 2010-2013-cü illərdə "Real"ın baş məşqçisi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB