Millimizin üzvü zədələnib

Azərbaycanın U-21 millisinin üzvü Ozan Can Kökçü zədələnib. SİA-nın məlumatına görə, “Giresunspor”da forma geyinən gənc oyunçu bu səbəbdən Türkiyə Kubokunun 1/16 final mərhələsində “Fənərbağça” ilə cavab oyununu buraxacaq.

Kökçü hazırda müayinə olunmaq üçün Niderlanddadır. Onun nə zaman sıraya dönəcəyi bəlli deyil.

Qeyd edək ki, “Giresunspor” - “Fənərbağça” oyunu bu gün 21:30-da start götürəcək. İlk matçda Superliqa klubu minimal hesabla qələbə qazanıb-1:0.

Bütün xəbərlər Facebook səhifəmizdə