Həbibin Makqreqorla revanş döyüşü üçün şərt

Həbibin Makqreqorla revanş döyüşü üçün şərt

UFC çempionu Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov oğlunun irlandiyalı Konor Makqreqora qarşı revanş döyüşünün şərtlərini açıqlayıb. SİA-nın məlumatına görə, Nurməhəmmədov döyüşün yalnız yüksək mükafat fondunun olacağı təqdirdə keçirilə biləcəyini bildirib: "Buyurun, 30 milyon və sizinlə döyüşəcəyik. Bu, Makqreqora təklifdir. Onunla revanş üçün 15 milyon təklif edirdilər. Nəyə lazımdır? Otuz, uşaqlar, otuz”.

Qeyd edək ki, H.Nurməhəmmədov 2018-ci ilin oktyabr ayının 6-da K.Makqreqoru döyüşün dördüncü raundunda məğlub edib.

Bütün xəbərlər Facebook səhifəmizdə