Bu gün ölkə kubokunda 1/4 finala yekun vurulacaq

Bu gün ölkə kubokunda 1/4 finala yekun vurulacaq

Bu gün futbol üzrə ölkə kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulacaq. SİA-nın məlumatına görə, hazırda "Sabah" "Əlincə Arena"da ilk matçda 0:1 hesabı ilə uduzduğu "Qəbələ"ni qəbul edir.

Günün digər oyununda isə "Qarabağ" "Keşlə"nin qonağı olacaq. Ağdam klubu ilk oyunda 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, ötən gün keçirilən iki cavab oyunundan sonra "Zirə" və "Sumqayıt" yarımfinala yüksəliblər.

Azərbaycan kuboku

1/4 final mərhələsi, cavab oyunları

20 dekabr (çərşənbə axşamı)

16:00 “Sabah” – “Qəbələ”
İlk oyun
: 0-1
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Rauf Allahverdiyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Əlincə Arena”

19:00 “Keşlə” – “Qarabağ”
İlk oyun
: 0-1
Hakimlər: İnqilab Mmmədov, Mübariz Haşımov, Rahil Ramazanov, Səbuhi Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“ASK Arena”.

Bütün xəbərlər Facebook səhifəmizdə