Azərbaycan millisinin mövqeyində dəyişiklik olmayıb - FİFA reytinqi

Azərbaycan millisinin mövqeyində dəyişiklik olmayıb - FİFA reytinqi

FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. SİA-nın məlumatına görə, ötən ayla müqayisədə Azərbaycan milli komandasının mövqeyində dəyişiklik olmayıb. Millimiz 1206 xalla 107-ci pillədə qərarlaşıb.

FIFA-nın reytinq cədvəlində ilk üçlük də dəyişməyib. Belçika 1727 xalla birinci, Fransa 1726 xalla ikinci, Braziliya isə 1676 xalla üçüncü yerdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə