ROVM ilin idman məktəbi seçilib - FOTOLAR

ROVM ilin idman məktəbi seçilib - FOTOLAR
Sosial şəbəkələrdə keçirilən rəy sorğusunun nəticələrinə görə, Respublika Olimpiya Velosiped Məktəbi "İlin İdman Məktəbi" nominasiyası üzrə Sosial Media Mərkəzi tərəfindən "Xəzər" Milli Mükafatı ilə təltif edilib. SİA-nın məlumatına görə, Respublika Velotrekində təşkil edilən tədbir zamanı Sosial Media Mərkəzinin direktoru Azər Niftiyev mükafatı Respublika Olimpiya Velosiped Məktəbinin direktoru Faiq Qurbanova təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə