Medal qazanan yunan-Roma güləşçiləri ilə görüş keçirilib - FOTOLAR
Dekabrın 18-19-da Bakı İdman Sarayında yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçirilib. SİA-nın məlumatına görə, yarış başa çatdıqdan sonra Azərbaycan Güləş Federasiyasının yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov və müvafiq yığmamızın məşqçilər korpusu çempionatın medalçıları ilə görüşüb. E.Cəfərov mükafatçıları təbrik etməklə yanaşı, əksər görüşlərdən razı qalmadığını və güləşçilərin beynəlxalq turnirlər üçün daha yüksək formada olmalarının vacibliyini qeyd edib.
Baş məşqçi Şaban Donat isə gələn il yanvarın 5-dən Olimpiya Güləş Mərkəzində yığmanın təlim-məşq toplanışının start götürəcəyini pəhləvanların diqqətinə çatdırıb.
Qeyd edək ki, Azərbaycan çempionatında fəxri kürsüyə qalxan idmançılar millimizin hazırlıq prosesinə cəlb edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB