"Qarabağ" Polşa klubu ilə qarşılaşacaq

"Qarabağ" Polşa klubu ilə qarşılaşacaq

Antalyada qış təlim-məşq toplanışı keçirəcək "Qarabağ" klubunun yoxlama oyunlarındakı rəqiblərindən biri məlum olub. SİA-nın məlumatına görə, Ağdam təmmsilçisi Polşanın "Pyast" klubu ilə üz-üzə gələcək. Qarşılaşma 2019-cu il yanvarın 23-də baş tutacaq.

Qeyd edək ki, "Qarabağ" "Pyast"la 2013/14 mövsümündə Avropa Liqasının II təsnifat mərhələsində üz-üzə gəlib və iki oyunun (2:1, 2:2) nəticəsinə görə növbəti mərhələyə yüksəlmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə