Bədii gimnastlarımız Belçikada “GymGala” şousunda iştirak ediblər

Bədii gimnastlarımız Belçikada “GymGala” şousunda iştirak ediblər

Gimnastikanın tanınmış simaları Belçikanın Antverpen şəhərində toplaşıblar. SİA Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, 20-ci “GymGala” şousunun keçirildiyi “Lotto Arena”da gimnastikanın müxtəlif növləri üzrə dünya, Avropa mükafatçıları, həmçinin Olimpiya ulduzları öz çıxışlarını təqdim ediblər. Dəvətlilər arasında Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası da yer alıb. Siyana Vasileva, Diana Əhmədbəyli, Zeynəb Hümmətova, Ayna Cəfərova və Aliyə Paşayevanın gözoxşayan performansları izləyicilər tərəfindən maraqla qarşılanıb.

Azərbaycan gimnastikasının daha bir nümayəndəsinin sorağı isə Braziliyadan gəlib. Belə ki, bədii gimnastika üzrə milli komandamızın xoreoqrafı Kamil Quliyev qarşı tərəfin dəvəti ilə bir neçə gün ərzində Braziliyanın 150-yə yaxın gimnastına öz təcrübəsini bölüşərək, onlara balet və rəqslə bağlı ustad dərsləri keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə