Badmintonçumuz “Turkey International 2018”də bürünc medal qazanıb

Badmintonçumuz “Turkey International 2018”də bürünc medal qazanıb

Badmintonçularımız Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni Ankarada keçirilən “Turkey International 2018” turnirində çıxışlarını başa vurublar. SİA-nın məlumatına görə, təmsilçilərimizdən Edi Reski Dviçayo 1/16 finalda yunanıstanlı İlias Xanzounu məğlub edib. Edi növbəti mərhələdə Danimarka idmançısı Soren Hald üzərində qələbə qazanıb. Badmintonçumuz 1/4 finalda Türkiyə təmsilçisi Məhəmməd Əli Kurta qalib gəlib. Yarımfinala yüksəlməklə bürünc medalı təmin edən Edi bu mərhələdə indoneziyalı İkhsan Leonardo İmanuel Rumbaya uduzub.

Mübarizəyə 1/16 finaldan başlayan Ezmi Qovimuramadhoni ilk mərhələdə özbəkistanlı Artyom Savatyugini məğlub edib. Ezmi 1/8 finalda İndoneziya badmintonçusu Kristian Adinataya uduzub və mübarizəni dayandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə