“Qalatasaray”ın düşərgəsində yeni qapıçı

“Qalatasaray”ın düşərgəsində yeni qapıçı

Transfer çalışmalarını davam etdirən “Qalatasaray” klubu gələcəyə də yatırım edir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, “sarı-qırmızılar” 18 yaşlı kosovolu qapıçı Flamur Qaşini baxışa dəvət edib. Əgər məşqçilər ondan razı qalsalar, futbolçu heyətə cəlb olunacaq.

Kosovonun 1-ci liqasında mübarizə aparan “KF Liria Prizren” klubunda forma geyinən qolkiperin 1,91 m boyu var. Futbolçu bu mövsüm 7 oyunda meyadana çıxıb və 3 qol buraxıb. Onun klubu ilə müqaviləsi 2019-cu ilin iyun ayında başa çatacaq.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə