Qış təlim-məşq toplanışı üçün yanvarın 3-də Türkiyənin Belek bölgəsinə yollanacaq paytaxtın "İnter" klubu hazırlıq dövründə üç yoxlama oyunu keçirəcək. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yanvarın 7-də Fransanın "PSJ" klubunun ikinci heyəti ilə qarşılaşacaq Azərbaycan Premyer Liqasının qalibi iki gün sonra Türkiyənin "Altay" klubu ilə oyunda qüvvəsini sınayacaq. "İnter" son yoxlama oyununu yanvarın 11-də Albaniyanın "Skenderbeu" klubuna qarşı keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB