“Neftçi” kubokdan kənarda qaldı

“Neftçi” kubokdan kənarda qaldı

Bu gün ölkə kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib. “Sumqayıt” klubu doğma azarkeşləri önündə “Neftçi”ni qəbul edib. Oyun qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv ilk görüşdə səfərdə 2:0 hesabı ilə qalib gəldiyindən, növbəti mərhələ adlayıb. Premyer Liqanın lideri olan "Neftçi" isə mübarizəni dayandırıb. Qeyd edək ki, 1/4 finalın son 2 oyunu sabah keçiriləcək.

Azərbaycan kuboku

1/4 final mərhələsi, cavab oyunları

19 dekabr (çərşənbə)



19:00. “Sumqayıt” – “Neftçi” - 0:1
Qol: Namiq Ələskərov, 43
Qırmızı vərəqə: Arif Daşdəmirov, 87 ("Sumqayıt")
İlk oyun: 2:0
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı
“Kapital Bank Arena”


16:00. “Səbail” – “Zirə” -2:3
Qollar:Adrian Skarlatake, 3-avtoqol (1:0), Adil Nağıyev, 45+2 (1:1), Pərdis Fərcad-Azad, 63 (1:2),Adil Nağıyev, 73(1:3), Ruslan Qurbanov, 83 (2:3)
İlk oyun: 0:1
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Rəşad Əhmədov
“Bayıl Arena”


20 dekabr (çərşənbə axşamı)

16:00. “Sabah” – “Qəbələ”
İlk oyun: 0:1
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Rauf Allahverdiyev
“Əlincə Arena”

19:00. “Keşlə” – “Qarabağ”
İlk oyun: 0:1
Hakimlər: İnqilab Mmmədov, Mübariz Haşımov, Rahil Ramazanov, Səbuhi Bayramov
“ASK Arena”


1/2 finalda qarşılaşacaqlar:

“Sumqayıt” - “Zirə"

“Qəbələ” – “Sabah” cütünün qalibi / “Qarabağ” – “Keşlə” cütünün qalibi

Bütün xəbərlər Facebook səhifəmizdə