"Mançester Yunayted" "Molde"yə təzminat ödəyəcək

"Mançester Yunayted" "Molde"yə təzminat ödəyəcək

"Mançester Yunayted" yeni baş məşqçisi Ole-Qunnar Sulşer üçün çalışdırıcının son klubu "Molde"yə təzminat ödəyəcək. "Mirror" yazır ki, kompensasiyanın məbləği 1.8 milyon funt sterlinq (təxminən 2 milyon avro) təşkil edəcək.Belə ki, 45 yaşlı mütəxəssisin Mançester təmsilçisinə mümkün qayıdışı ilə bağlı Norveç təmsilçisi ilə müqaviləsində bənd yer alıb.

Bildirilir ki, mövsüm bitdikdən sonra İngiltərə klubu Sulşerlə əməkdaşlığa davam edəcəyi təqdirdə, bu, "Molde"yə daha 8milyon funt sterlinq (təxminən 9 milyon avro) qazandıracaq. Qeyd edək ki, Sulşerin rəhbərliyi altında “Molde” 2 dəfə ölkə çempionu, 1 dəfə kubokun qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə