İngiltərə Premyer Liqasında XX turun oyunlarına start verilib - NƏTİCƏLƏR

İngiltərə Premyer Liqasında XX turun oyunlarına start verilib - NƏTİCƏLƏR

İngiltərə Premyer Liqasında XX turun oyunlarına start verilib. SİA-nın məlumatına görə, bir sıra maraqlı nəticələrin qeydə alındığı oyun günündə əsas diqqətçəkən məqam lider "Mançester Yunayted"in səfərdə xal itkisiylə üzləşməsi olub. Belə ki, matçda hesabı "Qırmızı Şeytanlar" açsa da, 90-cı dəqiqədə Bouyerin vurduğu qolla hesaba tarazlıq gətirilib. Matç 1:1 hesabı ilə başa çatıb. "Mançester Siti" isə doğma meydanda "Aston Villa"nı darmadağın edib. Qarşılaşmanın 8-ci dəqiqəsində Balotellinin vurduğu qolla hesabı açan mançesterlilər I hissədə daha 2 qol da vuraraq fasiləyə 3 top üstünlüyü ilə gedib. İkinci hisədə də hücumlarının ardı-arası kəsilməyən ev sahibi 55-ci dəqiqədə penalti vurmaq şansı qazanıb. Penalti zərbəsini Balotelli qola çevirərək het-trik edib. İtalyan futbolçu özünün III, komandasının isə IV qolunu vurub. Matç 4:0 hesabı ilə "Mançester Siti"nin qələbəsi ilə başa çatıb.
 
Premyer Liqa
XX tur
28 dekabr
 
"Mançester Siti" – "Aston Villa"  4:0
Qollar: Balotelli, 8-pen; 27; 55-pen, Leskot, 13.
 
"Stok Siti" – "Fulhem"  0:2
Qollar: Baird, 4; 10.
 
"Sanderland" – "Blekpul"  0:2
Qollar: Kempbell, 50; 90.
 
"Tottenhem" – "Nyukasl" 2:0
Qollar: Lennon, 57, Beyl, 81.
 
"Vest Bromviç" – "Blekbörn"  1:3
Qollar: Tomas, 17 - Kaliniç, 3; 53, Diuf, 62.
 
"Vest Hem" – "Everton"  1:1
Qollar: Hibbert, 16-öz qapısına - Koleman, 42.
"Birmingem" - "Mançester Yunayted"  1:1
Qollar: Bouyer, 90 - Berbatov, 58.
 
29 dekabr
23:45. "Çelsi" – "Bolton"
23:45. "Viqan" – "Arsenal"
00:00. "Liverpul "– "Vulverhempton"

Bütün xəbərlər Facebook səhifəmizdə