Fiqurlu konkisürmə üzrə Rusiya çempionatında Azəraycan idmançıları da iştirak edirlər
Saranskda fiqurlu konkisürmə üzrə Rusiya çempionatına start verilib. SİA-nın məlumatına görə, bu yarışlar Avropa (26-30 yanvar Bern) və Dünya Çempionatının (21-27 mart Tokio) seçmə mərhələsi sayılır. İlk dəfə olaraq Mordoviyanın paytaxtında keçirilən yarışlarda idman cütlükləri və rəqs duetləri arasında daha gərgin mübarizə olacağı gözlənilir. Rəqs duetləri arasında Azərbaycan idmançıları Yuliya Zlobina və Aleksey Sitnikov da var.
Çempionatda iştirak etmək üçün Saranska 11 idman cütlüyü və 9 rəqs dueti, 16 fərdi çıxış edən qadın fiqurist və 14 kişi fiqurist gəlib. İdmançılar ümumilikdə Avropa çempionatında 10 vəsiqə uğrunda mübarizə aparacaqlar.
Xatrırladaq ki, Yuliya Zlobina və Aleksey Sitnikov bu yaxınlarda Narvada keçirilən Estoniya çempionatının qalibi olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB