"Qarabağ"ın rəqibləri bəlli olub

"Qarabağ"ın rəqibləri bəlli olub
Məlum olduğu kimi "Qarabağ" klubu qış fasiləsi zamanı Antalyada təlim-məşq toplanışı keçəcək. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 28 gün ərzində qardaş ölkədə Premyer Liqanın 2-ci yarısının hazırlıqlarını yerinə yetirəcək komanda Antalyada 4 yoxlama oyunu keçirməyi planlaşdırır. Artıq komandanın rəqibləri bəllidir. Yanvarın 22-də komanda ilk yoxlama oyununa çıxacaq. Rəqibimiz isə Qazaxıstanın əsas dəstə komandası "Ordabaşı" olacaq. Yanvarın 26-da isə rəqib komanda Ukrayna Premyer Liqa təmsilçisi "İliçivets" olacaq. Yanvarın 30-u komanda Ruminiya əsas liqasında 4-cü pillədə qərarlaşmış "Qaz Metan Medias"la qarşılaşacaq. Komandanın 4-cü qarşılaşması isə fevralın 3-ü və ya 4-də baş tutacaq. Həmin günün seçiminə uyğun olaraq "Qarabağ" daha bir dəfə yoxlama oyununda gücünü sınayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə