“Feynoord”un kapitanı yanvarın 10-da “Qarabağ”ın düşərgəsində olacaq - ÖZƏL

“Feynoord”un kapitanı yanvarın 10-da “Qarabağ”ın düşərgəsində olacaq - ÖZƏL

"Feynord" klubunun futbolçusu Süleyman Rahatın "Qarabağ" klubuna baxışa gələcəyi barədə xəbər vermişdik. SİA-nın əldə etdiyi məlumata görə, futbolçu artıq yanvarın 10-da Ağdam təmsilçisinin düşərgəsində olacaq. S.Rahat "Qarabağ" Antaliyada təlim-məşq toplanışında olarkən klubun düşərgəsinə gələcək. Futbolçu barədə araşdırmamıza görə, o, Hollandiyanın Amersfoort şəhərində 1991-ci ilin iyul ayının 6-da anadan olub. Boyu 1.85 sm, çəkisi 75 kq-dır. Futbolçunun mövqeyi sağ/sol orta sahə, sağ/sol açıq cinahlardır. Hüquqşünalıq təhsili olan S.Rahat ingiliscə, almanca, fransızca danışa bilir.

Oynadığı klublar:

2002/2003 AFC Quick 1890 (30 matç-22 qol)
2003/2004 AFC Quick 1890 (31 matç-11 qol)
2004/2005 Roda (25 matç-5 qol)
2005/2006 FC Omniworld (20 matç-11 qol)
2006/2007 FC Utrecht (Altyapi) (22 matç-15 qol)
2007/2008 FC Utrecht (Altyapi) (25 matç-20 qol)
2009/2010 Feyenoord (Altyapi) (39 matç-25 qol)
2010/2011 Feyenoord (PAF) (kapitan) (11 matç-6 qol)

Bütün xəbərlər Facebook səhifəmizdə