"Liverpul" və "Bavariya" Çempionlar Liqasında ilk dəfə üz-üzə gələcək
UEFA Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsində qarşılaşacaq "Liverpul"la "Bavariya" bu turnir çərçivəsində ilk dəfə üz-üzə gələcək. Matç.az saytının məlumatına görə, adıçəkilən Avropa nəhəngləri indiyə qədər ÇL tarixində heç vaxt qarşılaşmayıblar.
"Bavariya" ingilislərə qarşı son 3 duelini "Arsenal"a qarşı keçirib və hər üçündə qalib gəlib. Maraqlıdı ki, həm "Liverpul", həm də "Bavariya" turnirin 5 qat qalibi olsa da, yolları heç vaxt kəsişməyib.
Həmçinin 1/8 finalın digər maraqlı cütlüyü olan PSJ ilə "Mançester Yunayted" də avrokubok tarixində ilk dəfə rəqib olacaqlar. "Qırmızı şeytanlar" 3 dəfə kuboku muzeyinə aparıbsa, fransızlar hələ "siftə" etməyiblər.
Qeyd edək ki, oyunların tarixi bəlli olmasa da, ilk görüşlərin Liverpul və Mançesterdə keçiriləcəyi dəqiqdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB