Topaz Premyer Liqası və Birinci Divizion oyunlarına təyinat alan hakimlər və hakim-inspektorlar üçün seminar keçirilib. SİA-nın məlumatına görə, seminara UEFA Hakimlər Komitəsinin üzvü Kiros Vassaras və AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik rəhbərlik edib.
Hakimlər və hakim-inspektorlar yerli və xarici ölkələrin çempionat oyunlarından hazırlanmış videoları izləyib, müzakirələr aparıb, UEFA-nın yeni qiymətləndirmə sistemi ilə tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB