Dekabrın 28-də qadın voleybol komandaları arasında Super Liqa yarışlarının ikinci turundan təxirə salınmış oyun keçirilib. SİA-nın xəbərinə görə, "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilən qarşılaşmada "Rabitə" komandası "Lokomotiv" klubunu qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən oyun "Lokomotiv" klubunun 3:2 (23:25, 21:25, 25:21, 25:18, 15:12) hesablı qələbəsi ilə başa çatıb.
Turnir cədvəlində "Rabitə" birinci, "Azərreyl" ikinci, "İqtisadçı" klubu isə üçüncü pillədə qərarlaşıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB