Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq

Dekabrın 16-da Azərbaycan kubokunun dörddəbir final mərhələsinə daha iki oyunla yekun vurulacaq. SİA-nın məlumatına görə, günün ilk oyununda yarışın ötən mövsümdəki finalçısı "Qəbələ" Premyer Liqanın debütantı "Sabah"ı qəbul edəcək.

Bu komandalar cari çempionatda eyni – 17 xala malikdirlər və dördüncü və beşinci pillələri bölüşürlər. Görüş saat 14:00-da başlayacaq. Qarşılaşmada ədaləti təmin etmək Rəvan Həmzəzadəyə həvalə olunub. Günün saat 19:00-da başlayacaq sonuncu oyununda çempion "Qarabağ" Azərbaycan kubokunun sonuncu qalibi "Keşlə"ni qəbul edəcək.

"Qarabağ" çempionatda 30 xalla 2-ci, "Keşlə" isə 12 xalla 7-ci yerdə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə