Kosta-rikalı qolkiper "Real"ı tərk etməyəcək

Kosta-rikalı qolkiper "Real"ı tərk etməyəcək

"Real"ın qolkiperi Keylor Navas qış fasiləsində komandanı tərk etməyəcək. "Marca" yazır ki, kosta-rikalı qolkiper ailə məsələlərinə görə "kral klubu"nda qalmağa məcburdur. Gələn ilin fevralında növbəti dəfə ata olacaq 32 yaşlı qapıçı həyat yoldaşının istəyilə qərarını dəyişib. Onlar 2014-cü ildən yaşadıqları İspaniya paytaxtından yaxın müddətdə ayrılmaq istəmirlər. Navasın yaxşı təklif almaması da onun qərarına təsir edən əsas amillərdən biridir.

Qeyd edək ki, Tibo Kurtuanın gəlişindən sonra ehtiyatda qalan Navas bu mövsüm "Real"da cəmi 8 oyun keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə