Bu futbolçu "Real"a keçməkdən imtina edib

Bu futbolçu "Real"a keçməkdən imtina edib

“River Pleyt” klubunun futbolçusu Esekyel Palasios qışda "Real Madrid"ə keçməkdən imtina edib. SİA-nın məlumatına görə, klublar arasında razılıq əldə olunsa da, 20 yaşlı yarımmüdafiəçi danışıqlar aparmaqdan boyun qaçırıb.

E.Palasios bunu hələlik "Real"a keçidə hazır olmaması ilə izah edib: “Hələ " “River Pleyt”də qalmaq istəyirəm. Öz potensialımı daha çox açmalıyam ki, Avropada psixoloji cəhətdən daha asan olsun. Öncə arxayınlıq və sabitlik qazanmalıyam”.

Qeyd edək ki, Esekyel bir çox Avropa klublarının, o cümlədən "İnter" və "Roma"nın da maraq dairəsindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə