UEFA Ermənistan Futbol Federasiyasını cərimələyib. SİA xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Qitə futbol qurumunun qərarına əsasən, sözügedən federasiya 18 min avro məbləğində cərimə ödəməlidir.
Cəriməyə Ermənistan yığmasının azarkeşlərinin UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turunda evdə Cəbəllütariqlə matçda etdikləri qeyri-etik hərəkətlər səbəb olub. Ermənilər sözügedən qarşılaşmada meydana yad əşyalar atıb və tribunada insidentə səbəb olublar.
Qeyd edək ki, həmin matç Cəbəllüttariqin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu, sözügedən komandanın tarixində ilk rəsmi qələbəsi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB