Marko Roys Bundesliqada ayın ən yaxşısı seçilib

Marko Roys Bundesliqada ayın ən yaxşısı seçilib

Almaniya Bundesliqasında mübarizə aparan klublar arasında ayın ən yaxşı oyunçusu bəlli olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ötən ayın ən yaxşı futbolçusu "Borussiya" klubunun hücumçusu Marko Roys seçilib.

Futbolçu noyabr ayında Bundesliqada 3 oyunda 3 qol vurub və 1 qol ötürməsi verib.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə