Uruqvaylı futbolçu rekorda imza atıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, millinin keçmiş üzvü Sebastyan Abreu karyerası ərzində 27-ci kluba transfer olunub. O, sonuncu dəfə Braziliyanın “Rio Branko” klubu ilə müqavilə imzalayıb.
1996-2012-ci illərdə millidə 70 oyun keçirib, 26 qol vuran “Dəli” ləqəbli fubolçunun 42 yaşı var.
Ondan sonra ən çox klubda almaniyalı qapıçı Luts Fannenstieli oynayıb. Çərçivə qoruyucusu 25 fərqli klubda forma geyinib.
Müəllif: Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB