Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start veriləcək. SİA-nın məlumatına görə, ilk oyun günündə iki görüş keçiriləcək.
"Zirə" öz meydanında "Səbail"i qəbul edəcək. Günün digər oyununda isə Topaz Premyer Liqanın lideri "Neftçi" doğma meydanda "Sumqayıt"la qarşılaşacaq.
Mərhələnin ilk oyunlarına sabah keçiriləcək iki görüşlə yekun vurulacaq.
Qeyd edək ki, komandalar arasında cavab matçı dekabrın 19-da və 20-də oynanılacaq.
15 dekabr (şənbə)
Azərbaycan kuboku
1/4 final, ilk oyunlar
17:00. “Zirə” – “Səbail”
Hakimlər: Alik Yunusov, Mübariz Haşımov, Rahil Ramazanov, Kamal Umudlu
Dalğa Arena.
19:00. “Neftçi” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Səbuhi Bayramov
Bakcell Arena.
16 dekabr (bazar)
14:00. “Qəbələ” – “Sabah”
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Cəmil Quliyev, İnqilab Məmmədov
Qəbələ şəhər stadionu
19:00. “Qarabağ” – “Keşlə”
Hakimlər: Vüqar Həsənli, Namiq Hüseynov, Elşad Abdullayev, Rəşad Əhmədov
Tofiq Bəhramov adına Respublika Stadionu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB